Ukraynadakı böhran 2014-cü ildə Ermənistanda baş verənlərə bənzər bir vəziyyətlə başladı.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna böhranı Kiyevin Avropa Birliyinə qoşulmaq cəhdləri ilə başlayıb.

"Hər şey hesablanmalı, diqqətlə araşdırılmalı və qərar qəbul edilməlidir. Mən bunu artıq qeyd etmişəm: Ukraynadakı böhran Aİ-yə qoşulmaq cəhdləri ilə başladı. Biz buna qarşı deyildik”, - deyə Rusiya dövlət başçısı qeyd edib.