Rumıniya Rusiyanın Konstansdakı Baş Konsulunu “persona non grata” elan edib və onu bağlamaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan ölkənin Ali Milli Müdafiə Şurasının iclasında bildirib.
Qərar mayın 29-na keçən gecə Rumıniyanın Qalats şəhərində onmərtəbəli yaşayış binasına çırpılan pilotsuz təyyarə ilə bağlı hadisədən sonra verilib.
Rumıniya səlahiyyətlilərinin məlumatına görə, zərbədən sonra partlayış və yanğın baş verib. Qadın və körpəsi yüngül yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Binadan 70-ə yaxın sakin təxliyə edilib.
Rumıniyanın xarici işlər naziri Oana Tsoyu sosial şəbəkələrdə bildirib ki, baş verənlərlə bağlı Rusiya səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin baş verənlər barədə məlumatlandırıldığını təsdiqləyib.





















.jpeg)














.jpg)



















