Güclü külək Mingəçevirdə ağacları aşırıb.

"Unikal"ın məlumatına görə, anidən başlayan külək qısa müddətdə Əliağa Vahid, Rəsul Rza küçələri və ora bitişik ərazilərdə iri gövdəli ağacları nəqliyyat və piyada yollarına, həmçinin istirahət zolaqlarına aşırıb. Qeyd olunan ərazilərdə normal  hərəkətə məhdudiyyətlər yaranıb.

Küləyin fəsadlarının miqyası arta da bilər. Hazırda  fəsadların hüdudları və sayı dəqiqləşdirilir.

Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi əməkdaşları küləyin fəsadlarının aradan qaldırılması üçün müvafiq ərazilərə cəlb olunub.

Ehtiram Muradov