"Kiyevə Vaşinqton və Prezident Donald Tramp administrasiyasının köməyi olmasaydı, Ukrayna bu gün mövcud olmazdı". 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Hindistana səfəri zamanı jurnalistlərə bildirib. 

Rubio, "SpaceX"in qurucusu İlon Maskın Ukraynada Starshield peyk rabitə sisteminin fəaliyyətinin məhdudlaşdırılmasında iştirak etməsi ilə bağlı mediada yayılan xəbərləri şərh edərkən bildirib ki, "Əgər Tramp administrasiyası da daxil olmaqla, ABŞ-nin köməyi olmasaydı, Ukrayna suveren dövlət kimi mövcud olmazdı".

Gülayə Mecid