Fransadakı etirazlar zamanı talan edilən lüks marka əşyaları həm küçələrdə, həm də ikinci əl platformalarda satışa çıxarılıb.
"Unikal" xəbər verir ki, sosial mediada yayılan görüntülərdə satıcıların kosmetik məhsullardan tutmuş dizayner çantalarına qədər müxtəlif məhsullar üçün aşağı qiymətlərlə alıcı tapmağa çalışdıqları görünüb.
Xatırladaq ki, 17 oktyabrda Fransada keçirilən nümayişlər zamanı Paris, Marsel, Lion, Bordo və Limoj kimi şəhərlərdə mağazalar, ictimai binalar və müəssisələr hədəfə alınıb; təxminən 1200 nəfər saxlanılıb. Talan edilən əşyalar arasında "Louis Vuitton", "Hermès", "Dior" və "Kenzo" kimi lüks brendlərin ətriyyatları, dizayner çantaları və kosmetika məhsulları da var və bunlar daha sonra küçələrdə və internetdə endirimli qiymətlərlə satışa çıxarılıb.
Fransa Ticarət və Paylama Federasiyası ölkə daxilində 1500-dən çox mağazanın hadisələrdən təsirləndiyini bildirib, hakimiyyət orqanları isə Vinted, Amazon, eBay, Leboncoin, Meta və TikTok şirkətlərindən ikinci əl platformalarda satışa çıxarılan paylaşımları silinməsini tələb edib.














































.jpg)

