Paris klubu PSJ Çempionlar Liqasının qrup mərhələsinin üçüncü tur matçında Kataloniya klubu "Barselona"nı məğlub edib.

"Unikal" xəbər verir ki, Parisdəki "Park des Princes" stadionunda keçirilən matç 4-2 hesabı ilə başa çatıb.

38-ci dəqiqədə Joau Neveşin ötürməsi ilə Dezire Due hesabı açıb. 55-ci dəqiqədə Xavi Espart bərabərlik qolunu vurub. 72-ci dəqiqədə Lukas Ernandes parisliləri yenidən önə çıxarıb, lakin altı dəqiqə sonra Lamine Yamal hesabı bərabərləşdirib. İki dəqiqə sonra PSJ Vitinyanın vurduğu üçüncü qolla fərqləndi. Fabian Ruiz 86-cı dəqiqədə daha bir qol vurub.