Mən həqiqətən komandamdakı hər kəsdən və bu gün meydana çıxan hər bir oyunçudan razıyam, onlar maksimumunu göstərdilər.

"Unikal"  xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Borussiya Dortmund”a 1:2 hesabı ilə məğlub olduqları III tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib: “Mənim 25 oyunçum var və əlbəttə ki, onlar hər oyun oynaya bilməyəcəklərini başa düşürlər. Amma onlar çox çalışmalı və məşqlərdə rəqabət aparmalıdırlar. Rəqiblə oyunda yaxşı çıxış etdik. Hesab edirəm ki, biz həm topa nəzarət, həm də intensivlik baxımından rəqibə uyğunlaşa bildik, təzyiq göstərməyə çalışdıq və bəzi topları ələ keçirdik. Matçın son saniyələrinə qədər oyunun içində idik, lakin “Borussiya Dortmund”un keyfiyyətini və yaratdıqları şanslardan istifadə etdiklərini etiraf etməliyəm. Buna görə də onlar qələbə qazandılar. Amma mən komandam və oyunçularım haqqında, onların oyun planını necə yerinə yetirdikləri barədə son dərəcə qürurlu olduğumu bildirirəm”.

Qeyd edək ki, “Sabah” növbəti turda Norveçin “Viking” komandası ilə qarşılaşacaq.