Ankaranın Etimesgut rayonunda bələdiyyə avtobusu yoldan çıxaraq piyada keçidinin dayaq dirəyinə çırpılıb.

"Unikal" xəbər verir ki, nəticədə 24 nəfər yaralanıb. 

Qəzadan sonra hadisə yerinə polis və bələdiyyə qrupları göndərilib. Zərbənin təsiri ilə avtobusun içərisində sıxılıb qalan sürücü xilas edilərək tibbi qruplara təhvil verilib.

Yaralılar xəstəxanalara yerləşdirilib.