Aparıcı Aytən Səfərova anası ilə bağlı duyğusal paylaşım edib.
"Unikal" xəbər verir ki, o, qardaşının ölümündən sonra səhhəti geriliyən anası ilə bağlı bunları deyib:
Qardaşımın vəfatından sonra anamın səhhəti hər il bir az daha geriləyib. Son vaxtlar isə vəziyyəti daha da pisləşib, tez-tez tutmaları olur, yeriməsi də çətinləşib. Nadir hallarda anamın videosunu çəkirəm, çünki bunu çox da xoşlamır. Deyir ki, "Şagirdlərimdən utanıram, məni belə görməsinlər. Həmişə saçımı daramışam, üz-gözümə əl gəzdirmişəm ki, şagirdlərimin qarşısında səliqəli olum və onların xatirəsində gözəl qalım".
Mən onunla fəxr edirəm. Qəribçilikdə, Rusiyada, Sibirdə olarkən belə, evdə rus dilində danışmağa icazə verməzdi. Deyirdi ki, "Canınız çıxsın, öz doğma ana dilinizdə danışın". Cəmiyyətdə hamı rus dilində danışanda belə, biz evdə rusca danışanda anam sanki eşitmirdi. Deyirdi ki, "Sizin ana diliniz var — Azərbaycan dili. Bu dildə danışın". Anamın kitabları, başımın üstündə dayanıb məni tənbeh etməsi sayəsində bu gün mən Aytənəm".





















.jpeg)














.jpg)



















