Brent markalı xam neftin qiyməti təxminən 2% azalaraq 17 aprel 2026-cı ildən bəri ilk dəfə olaraq bir barel üçün 89,20 dollara düşüb.
"Unikal" xəbər verir ki, bu eniş ABŞ və İran arasında atəşkəsin uzadılması və Hörmüz boğazından gəmiçilik məhdudiyyətlərinin yumşaldılması ilə bağlı ilkin razılaşmaya dair xəbərlərdən qaynaqlanıb. Lakin Donald Tramp hələlik razılaşmanı təsdiqləməyib və İran dövlət mediası razılaşmanın hələlik yekun olmadığını bildirib.
Bu arada, 2026-cı ilin iyul ayında çatdırılma üçün WTI xam neftinin fyuçerslərinin qiyməti 2,16% azalaraq barel üçün 86,98 dollara düşüb.




















.jpeg)















.jpg)



















