Rusiya Prezidenti Vladimir Putin Ermənistanın AİB-yə (Avrasiya İqtisadi Birliyi) üzvlüyü və eyni zamanda Aİ-yə (Avropa İttifaqı) qoşulmaq istəkləri kontekstində açıqlama verib. 

"Unikal" xəbər verir ki, Putin İrəvana nə vaxta qədər "iki stulda otura" biləcəyi ilə bağlı sualı ünvanlayıb. 

Astanada keçirilən mətbuat konfransında Putin jurnalistlərə bildirib ki, Rusiya Ermənistanın AİB və ya Aİ-dəki gələcəyi ilə bağlı mümkün qədər tez referendum tələb edir.