Cari ilin yanvar–aprel aylarında Azərbaycandan Almaniyaya bitumlu süxurlardan əldə edilən 270,5 min ton xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 127,5 milyon ABŞ dolları təşkil edib.

"Unikal" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 149 milyon ABŞ dolları və ya 2,2 dəfə, həcm baxımından isə 229,5 min ton və ya 1,8 dəfə azalıb.

Ötən ilin yanvar–aprel aylarında Azərbaycandan Almaniyaya 500 min ton neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri isə 276,5 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard dollar ixracın, 5,5 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə ixracın həcmi 3,1 milyard dollar (35,2 faiz) artdığı halda, idxalın həcmi 2,6 milyard dollar (32,1 faiz) azalıb.

Nəticədə xarici ticarətdə 6,354 milyard dollar həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 dəfə və ya 5,7 milyard dollar çoxdur.