İspaniyanın “Atletiko Madrid” futbol komandasının hücumçusu Xulian Alvares “Barselona”nın əsas transfer hədəfində qalmaqdadır.
"Unikal" xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı futbolçu üçün 100 milyon avroluq (200 milyon AZN) təklif hazırlayıb.
İnsayder Fabrizio Romanonun məlumatına görə, “Barselona” hələlik rəsmi təklifi göndərməyib. Klub daxilində Xuan Laporta, Deku və Hans Flikin iştirakı ilə transferin maliyyə strukturu müzakirə olunur. Təklifin qarşıdakı günlərdə “Atletiko Madrid”ə təqdim ediləcəyi gözlənilir.
Məlumata əsasən, “Barselona” Alvares üçün futbolçu mübadiləsi təklif etməyi planlaşdırmır. Danışıqlar yalnız pul qarşılığında aparılacaq və məbləğin 100 milyon avro civarında olacağı bildirilir. İnsayder Jerar Romero isə bildirir ki, “Atletiko Madrid” 120 milyon avro (240 milyon AZN) təklifi ilə masaya oturmaq niyyətindədir.





















.jpeg)















.jpg)


















