Rusiyanın məsuliyyətsiz davranışı bizim hamımız üçün təhlükədir.
"Unikal" xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte Rusiyanın Rumıniya ərazisinə dron hücumuna münasibət bildirərkən deyib.
O, Rumıniya prezidenti Nikusor Danla əlaqə saxladığını və onu NATO-nun müttəfiq ölkələrin ərazilərinin hər qarışını müdafiə etməyə hazır olduğu barədə əmin etdiyini bildirib.
Rutte NATO-nun öz müdafiəsini gücləndirəcəyini və Ukraynanı dəstəkləməyə davam edəcəyini əlavə edib.
Qeyd edək ki, Rumıniyanın şərqində yerləşən Qalaç şəhərində Rusiyaya məxsus pilotsuz uçuş aparatı çoxmərtəbəli yaşayış binasına çırpılıb.
Hadisə nəticəsində xəsarət alanlar var.





















.jpeg)















.jpg)



















