"Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!"

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşımında bildirilib.

“Biz Azərbaycanın Ukraynaya dəstəyini və həmrəyliyini, eləcə də ölkəmizə humanitar yardımını yüksək qiymətləndiririk. İkitərəfli münasibətlərimizdə və bütün sahələrdə əməkdaşlığımızda davamlı müsbət impulsların olmasını səbirsizliklə gözləyirik”, - deyə Ukrayna XİN-in məlumatında qeyd edilib.