Xəbər verdiyimiz kimi, 19 yaşlı Elşən Abbasov su hövzəsində çimən zaman ehtiyatsızlıq nəticəsində suda boğulub.

"Unikal"ın məlumatına görə, gənc oğlan iyul ayında hərbi xidmətə gedəcəkdi.

***18:21

Cəlilabadda 19 yaşlı gənc suda boğulub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Privolnye kəndində baş verib. 

Belə ki, kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu qardaşları ilə birlikdə kənd ərazisindəki kiçik su hövzəsində çimərkən ehtiyatsızlıq nəticəsində suda boğulub.

Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev