Livan Səhiyyə Nazirliyi İsrailin ölkənin cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 9 nəfərin həlak olduğunu, 37 nəfərin isə yaralandığını açıqlayıb.
"Unikal" xəbər verir ki, nazirliyin Təcili Tibbi Yardım Əməliyyatları Mərkəzinin yaydığı bəyanata əsasən, İsrailin ötən gün Sur şəhərinin əl-Bəs qəsəbəsinə hava hücumu nəticəsində 3 nəfər həyatını itirib, 37 nəfər yaralanıb.
Yaralananlar arasında 8 uşaq və 13 qadının olduğu bildirilib. Sayda şəhərinin Ədlun qəsəbəsində avtomobilə endirilən zərbə nəticəsində daha 6 nəfər, o cümlədən iki uşaq və onların valideynləri həlak olub.
Rəsmi statistikaya əsasən, cari ilin mart ayının 2-dən etibarən İsrailin Livana qarşı hücumları nəticəsində ölənlərin sayı 3269 nəfərə, yaralananların sayı isə 9840 nəfərə çatıb.























.jpeg)















.png)












