"Zəfərdən keçən qısa müddətdən işğaldan azad olunan ərazilərə yalnız dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayrılıb".

"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, 85 minə yaxın vətəndaşımız həmin ərazilərimizdə məskunlaşıb, işləyir və təhsil alır:

"Son 23 il ərzində Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb, dövlət büdcəsinin gəlirləri təxminən 30 dəfə, icmal büdcənin gəlirləri isə 15 dəfə yüksəlib. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları 88 milyard dollara çatıb. Xarici borcunun ÜDM-də payı birrəqəmli həddə olan Azərbaycan valyut ehtiyatlarının iqtisadiyyatın həcminə nisbətində dünyada ən yaxşı göstəricilərə malik olan ölkələrdəndir".