Yəmənin keçmiş prezidenti Əbd Rəbbu Mənsur Hadi vəfat edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, eks-prezident bu gün səhər saatlarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yerləşən xəstəxanaların birində 80 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Hadi 2012-2022-ci illərdə Yəmən Prezidenti olub.