ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyanı qarşıdan gələn parlament seçkilərində dəstəklədiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.
"Nikol 7 iyun 2026-cı ildə yenidən seçilmək üçün tam və qeyd-şərtsiz dəstək alıb. Nikolun köməyi ilə biz ABŞ-ni, Ermənistanı, Cənubi Qafqazı və Orta Asiyanı əvvəlkindən daha yüksək zirvələrə qaldıracağıq", - deyə Tramp qeyd edib.
O əlavə edib ki, ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edib və orada Vaşinqton və İrəvan üçün bir neçə vacib razılaşma təklif edəcək.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı il tarixinə təyin edilib.
Gülayə Mecid





















































