ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranı Küveytə ballistik raket atmaqda ittiham edib.

"Unikal" xəbər verir ki, agentliyin mətbuat xidməti bu barədə sosial media platforması "X"də məlumat yayıb.

Qeyd edilib ki, 27 may axşamı "İran Küveytə doğru ballistik raket atıb və bu raket Küveyt qüvvələri tərəfindən uğurla ələ keçirilib". ABŞ komandanlığı raketin atılmasını İran tərəfindən "atəşkəs rejiminin pozulması" adlandırıb.

Bundan əvvəl İran və ABŞ yenidən zərbələr endiriblər. Amerika ordusu Bəndər Abbas liman şəhərinə hücum edərək pilotsuz uçuş aparatını məhv edib. Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ aviabazasına zərbə endirib və hücumlar davam edərsə, daha qətiyyətli hərəkət edəcəyinə söz verib.