Pentaqon ABŞ Prezidenti Donald Trampın Kubaya qarşı hərbi əməliyyatlarla bağlı son qərarını gözləyir.
"Unikal" xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
"Pentaqon bir neçə aydır ki, ABŞ-nin Kubaya qarşı hərbi əməliyyatı üçün lazım olan qoşun və silahları hazırlayır. Bunun üçün sadəcə Donald Trampın yekun təsdiqi lazımdır", - deyə nəşr vurğulayıb.
Xatırladaq ki, USS Nimitz təyyarədaşıyan gəmisi bir neçə esmines və kreyserlə birlikdə Karib dənizinə daxil olub. Bundan əlavə, USS Kearsarge amfibiya hücum gəmisi Virciniya sahillərindədir və Amerika dronları və kəşfiyyat təyyarələri bir neçə aydır ki, adanın ətrafında dövrə vurur.




















.jpeg)















.png)












.jpeg)


