Xəbər verdiyimiz kimi, 19 yaşlı Elşən Abbasov su hövzəsində çimən zaman ehtiyatsızlıq nəticəsində suda boğulub.
"Unikal"ın məlumatına görə, gənc oğlan iyul ayında hərbi xidmətə gedəcəkdi.
***18:21
Cəlilabadda 19 yaşlı gənc suda boğulub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Privolnye kəndində baş verib.
Belə ki, kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu qardaşları ilə birlikdə kənd ərazisindəki kiçik su hövzəsində çimərkən ehtiyatsızlıq nəticəsində suda boğulub.
Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev























.jpeg)















.png)












