Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Heydər Əliyev Məktəbinin və “Gənclərin siyasət və analitika mərkəzi” siyasi, strateji, ictimai və geosiyasi proseslərin təhlili layihəsinin iştirakçıları üçün 28 may – Müstəqillik Günü münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlətçilik nümunəsidir” mövzusunda tədbir təşkil edilib.
"Unikal" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və 28 may – Müstəqillik Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qarafov bildiriblər ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycan tarixində deyil, bütövlükdə Şərq və müsəlman dünyasının siyasi tarixində mühüm dönüş nöqtəsi olub. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC milli dövlətçilik ənənələrinin formalaşması, demokratik idarəetmə prinsiplərinin tətbiqi və müasir Azərbaycan dövlətinin ideoloji əsaslarının yaradılması baxımından əvəzsiz rol oynayıb.
Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biridir. AXC-nin siyasi və hüquqi irsi bu gün də müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edir. Müstəqillik ideyası, milli birlik və dövlətçilik ənənələri AXC-dən müasir Azərbaycana ötürülən ən böyük tarixi mirasdır. Bu baxımdan 28 May – Müstəqillik Günü yalnız tarixi hadisənin xatirəsi deyil, həm də Azərbaycan xalqının azadlıq, suverenlik və dövlətçilik əzminin simvoludur.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.









.jpeg)































.jpg)













