Goranboya güclü yağışdan sonra sel gəlib.
"Unikal"ın məlumatına görə, bu gün günorta saatlarında leysan yağışdan sonra rayonun Veyisli, Qazançı, Goranlı, Qarğucaq Goran və Kürəkçay qəsəbəsinə dağlardan sel suları gəlib. Nəticədə sözügedən ərazidə əkin sahələri sel suların altında qalıb. Yolları sel suları yararsız hala salıb.
Əraziyə Goranboy rayon nümayəndələri və RİH yanında Fövqəladə Hallar Komissiyası üzvləri cəlb olunub. Ərazidə monitorinq keçirilib və sel sularının qarşısının alınması məqsədi ilə müvafiq texnikalar əraziyə cəlb olunub. Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.
Tural Əhmədov







.jpg)
















































