Ankara Daşkəndə ordusunun Türkiyə istiqamətində yenidən qurulmasına kömək edəcək.

"Unikal" xəbər verir ki, Türkiyə Özbəkistan ordusunda islahatlara kömək etmək üçün general-mayorun rəhbərlik etdiyi məsləhətçi qrupu Özbəkistana göndərəcək. 

Türkiyənin milli müdafiə naziri Yaşar Güler bildirib ki, Ankaranın səmimi şəkildə dəstəklədiyi qardaş və dost ölkələr Türkiyə istiqamətində silahlı qüvvələr strukturu yaratmaq üçün səy göstərirlər.

O əlavə edib ki, Türkiyənin dərin tarixi və mədəni əlaqələri olan Özbəkistanla davam edən hərbi əməkdaşlığın bir hissəsi olaraq, artıq ölkəyə türk hərbi mütəxəssislərindən ibarət məsləhətçi qrupu göndərilib.