Kürdəmir rayonunda qətl hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.
21 yaşlı Bəşirova Lamiyə qətlə yetirilib.
Onun hadisəni törətməkdə şübhəli bilinən əri, Bəşirov Natiq Araz oğlu rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İddialara görə, boşanma ərəfəsində olan Lamiyə marketdə işə düzəldiyi üçün əri tərəfindən bıçaqlanaraq öldürülüb. Cütlük 2024-cü ildə ailə qurub və onların yaş yarımlıq övladları var.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.















































.jpg)








