İran Fars körfəzi və Hörmüz boğazında istənilən düşmənçilik hərəkətlərinə "sərt və misli görünməmiş" cavab verəcək.

"Unikal" xəbər verir ki, bunu İranın Ali Liderinin hərbi müşaviri Möhsün Rezai bildirib.

Onun sözlərinə görə,Tehran təzyiq və ya hərbi müdaxilə halında, o cümlədən mümkün dəniz blokadasını pozmaq səyləri halında "ciddi cavab tədbirləri" görməyə hazırdır.

Rezai, həmçinin, xəbərdarlıq edib ki, ölkəyə qarşı təzyiq və təhdidlər davam edərsə, İranın ata biləcəyi mümkün addımlardan biri Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmaq olacaq.

Rezai bildirib ki, gələcək münaqişələrin ABŞ iqtisadiyyatına və Amerika cəmiyyətinə ciddi ziyan vuracağına inanır. Buna görə də, o, İranla danışıqları Vaşinqton üçün "ən ucuz seçim" adlandırıb.

İranlı siyasətçi həmçinin vurğulayıb ki, hazırkı danışıqlar prosesi İranın "strateji səbri" sayəsində mümkün olub, lakin onun sözlərinə görə, bunun arxasında "dərin qəzəb" və İran hərbi komandirlərinin öldürülməsinə cavab vermək istəyi dayanır.