İmişli rayonunda ağır yol qəzasında ölən şəxslərin kimliyi bilinib.

"Unikal" xəbər verir ki, ölənlər 1990-cı il təvəllüdlü Təhməz Əliyev və 1993-cü il təvəllüdlü Vüqar İsgəndərlidir.

***

24.05.2026-ci il tarixində saat 23:00 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (1 qadın, 5 kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilıib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travması və əzilmiş yaraları, travmatik şok, sol əlin üst səthinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti ağır və orta-ağır qiymətləndirilən 2 nəfərin (kişi və qadın cinsli) müalicəsi Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

3 nəfərin (hər üçü kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Göstərilən zəruri tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1993-cü il təvəllüdlü şəxsin (kişi cinsli) ölüm faktı qeydə alınıb. 

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, daha bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

*** 00:36

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə saat 23 radələrində İmişli şəhər Seymur Əzizalıyev küçəsində qeydə alınıb. Qəza zamanı "Toyota" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə iki nəfər ölüb, xəsarət alanlar isə İmişli Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev