Rusiya ölkə sərhədi yaxınlığında göyərtəsində müdafiə naziri olan Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin siqnallarını bloklayıb. Elektron hücum nəticəsində Estoniyada yerləşdirilmiş hərbçilərə baş çəkdikdən sonra Böyük Britaniyaya qayıdan müdafiə naziri Con Hili olan təyyarə zərər görüb.
"Unikal" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, hökumət təyyarəsindəki peyk siqnalı üç saatlıq uçuş boyunca tamamilə kəsilib. GPS sistemi bloklandığı üçün pilotlar ehtiyat naviqasiya sistemlərindən istifadə etməyə məcbur olublar. Həmçinin telefon və noutbuklar internetə qoşula bilməyib.
Hücum nəticəsində “Dassault Falcon 900LX” tipli təyyarənin pilot kabinəsindəki bəzi cihazlar da fəaliyyətini dayandırıb. Bildirilir ki, həmin təyyarədən bəzən kral III Çarlz da istifadə edir.
Hadisə mayın 21-də, müdafiə nazirinin siyasi və hərbi müşavirlərlə birlikdə Britaniyaya qayıtdığı vaxt baş verib. Maneələrin uçuşun əvvəlində yarandığı, lakin havada olarkən siqnalın bərpa edilməsinin mümkün olmadığı qeyd olunur. Çünki Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin bütün sistemlərini söndürüb yenidən işə salmaq lazım gəlib.
Müdafiə qurumundakı mənbə bildirib ki, "Bu, Rusiyanın məsuliyyətsiz müdaxiləsidir, lakin Kral Hərbi Hava Qüvvələri bu cür fəaliyyətlərə qarşı mübarizə aparmağa yaxşı hazırlaşıb".




























.jpg)




_1748616150.jpeg)











.jpeg)










