"Tehran ABŞ ilə mümkün ilkin razılaşmanın bir hissəsi olaraq nüvə məsələsi ilə bağlı heç bir öhdəlik götürməyib; bu, ayrıca danışıqlar mövzusu olacaq".
"Unikal" xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi məlumat yayıb.
“The Washington Post” qəzeti ABŞ-nin yüksək vəzifəli rəsmisinə istinadən bildirib ki, hələlik yekunlaşdırılmamış İran-ABŞ çərçivə sazişi Tehranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsini nəzərdə tutur.
ISNA agentliyinin adı açıqlanmayan İran diplomatına istinadən verdiyi məlumata görə, "ABŞ ilə ilkin razılaşma layihəsində qarşı tərəfə nüvə məsələləri və yüksək dərəcədə zənginləşdirilmiş uranla bağlı heç bir öhdəlik qoyulmayıb".
Onun sözlərinə görə, ABŞ ilə razılaşma əldə olunarsa, nüvə məsələsi 60 günlük danışıqların mövzusu olacaq və bunun müqabilində ABŞ sanksiyaları ləğv etməli və aktivləri dondurulmalı, Amerika qüvvələri isə İrana bitişik əraziləri tərk etməli olacaq.









.jpeg)
























.jpg)




_1748616150.jpeg)











.jpeg)



