"Rusiya və Ermənistan dost olaraq qalır və dialoqdadır".

"Unikal" xəbər verir ki, bunu  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

O qeyd edib ki, "Biz erməni dostlarımızla dialoqu davam etdiririk və davam etdirəcəyik".

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanın son addımlarının Rusiya ilə müttəfiqlik ruhuna zidd olduğunu bildirib.