Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Unikal" xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 

57 yaşlı Lənkəran şəhər sakini, Vüqar Bağırov idarə etdiyi avtomobildə hərəkətdə olarkən sükan arxasında qəfil ürəktutmadan həyatını itirib. 

Nəzarətdən çıxan avtomobil yol kənarında yerləşən obyektə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev