2025-ci il ərzində məişət zorakılığının qarşısının alınması ilə bağlı Dövlət Komitəsinə 558 müraciət daxil olub. 

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan  Respublikası Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında bildirilib.

Müraciət əsasında zorakılığa məruz qalanların 83-ü kişi, 539-u qadın, 515-i uşaq, zorakılıq törədənlərin isə 549-u kişi, onlardan 228 ər, 108 keçmiş ər, 27-si qeyri-rəsmi münasibətlərdə olduğu şəxs olub.

Müraciətlərin zorakılığın növlərinə görə təhlili göstərir ki, müraciət edənlərin 169-u psixi, 343-ü fiziki, 35-i iqtisadi və 11-i cinsi zorakılığa məruz qalıb. 

Müqayisə üçün bildirək ki, 2024-cü ildə Dövlət Komitəsinə məişət zorakılığının qarşısının alınması ilə bağlı 594 müraciət daxil olub, zorakılıq törədənlərin isə 555-i kişi, 252-si qadın olub. Bu da onun göstərir ki, 2025-ci ildə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı müraciətlərin sayı azalıb.
2025-ci ildə məişət zorakılığından zərərçəkmiş şəxslərə verilən mühafizə orderlərinin 381-i (2024-cü ildə 325) qısamüddətli, 52-si (2024-cü ildə 34) uzunmüddətli olmaqla - ümumilikdə 433 (2024-cü ildə 359) mühafizə orderi icraatda olub. 

Onlardan 402-si (2024-cü ildə 338-i) qadınlar, 31-i (2024-cü ildə 21-i) kişilər barədə verilib.

Anar Kəlbiyev