Azadlıqdan məhrum edilmiş məhkumların sayına münasibətdə kişilər 96,7% (2024-cü ildə 97,1%), qadınlar isə 3,3% (2024-cü ildə 2,9%) təşkil edir.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında qeyd edilib.
Bildirilib ki, 2024-cü illə müqayisədə hesabat ilində azadlıqdan məhrum edilmiş kişilərin sayı 4,9% (2024cü ildə 6,8%) azalıb, qadınların sayı isə 7,9% (2024cü ildə 15,9%) artıb.
2025-ci ildə probasiya qeydiyyatında olan məhkumların 93,3%-i (2024-cü ildə 94,1%-i) kişilər, 6,7%-i (2024-cü ildə 5,9%-i) isə qadınlardır. 2024-cü illə müqayisədə hesabat ilində probasiya qeydiyyatında olan məhkum kişilərin sayı 12% (2024-cü ildə 9%) azalıb, qadınların sayı isə 0,9% (2024-cü ildə 0,6%) artıb.





























.jpg)
























