Sumqayıt şəhərində yerləşən parkda ağacların qeydiyyatı aparılıb, üzərinə nömrəli etiketlər vurulub.
"Unikal" xəbər verir ki, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyinin ölkə üzrə vahid nömrələnmə və inventarlaşdırma standartına keçid məqsədilə həyata keçirdiyi layihə çərçivəsində baş tutub.
Bildirilib ki, park ərazisində ağaclar qeydiyyata alınaraq üzərinə xüsusi identifikasiya lövhələri vurulub. İdentifikasiya lövhəsi vurulmuş ağaclara dair bütün məlumatlar Rəqəmsal Ekologiya İnformasiya Sisteminin "Yaşıllıqların reyestri" alt sisteminə inteqrasiya edilib və www.agac.az saytında yerləşdirilib.
Qeyd edək ki, bu layihə yaşıllıqların mühafizəsinin təmin edilməsi, onlara müdaxilə hallarının qarşısının alınması, yaşıllıqların elektron reyestrinin formalaşdırılması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə həyata keçirilir.
Eyni zamanda bu tədbirlər Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ekoloji təşəbbüslərin təşviqinə, ətraf mühitin mühafizəsi sahəsində ictimai fəallığın artırılmasına xidmət edir.









































.jpg)










