Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən media subyektlərində çalışanların gender göstəriciləri inkişaf etmiş ölkələrin təcrübəsinə yaxındır. 

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında qeyd edilib.

Bildirilib ki, media sahəsində çalışanların 43%-i qadınlardan, 57%-i kişilərdən ibarətdir.

Tədqiqat nəticəsində müəyyən edilib ki, media subyektlərində idarəçi/qərar verici şəxslərin yalnız 21%-i qadınlar, 79%-i isə kişilərdən ibarətdir. 

Media təşkilatları (jurnalist təşkilatları) sahəsində də bənzər vəziyyət mövcuddur. Burada rəhbər/qərarverici şəxslərin 20%-i qadınlar, digər 80%-i isə kişilərdən ibarətdir.

Anar Kəlbiyev