Ankara və İrəvan iki ölkə arasında birbaşa ticarətin başlanması üçün hazırlıqları başa çatdırıblar.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Oncu Keçeli "X" hesabında yazıb.
"2022-ci ildən bəri davam edən Ermənistanla normallaşma prosesi kontekstində qəbul edilən etimad quruculuğu tədbirlərinin bir hissəsi olaraq, ölkəmizlə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar 11 may 2026-cı il tarixinə qədər başa çatıb".
Qeyd olunur ki, iki ölkə arasında ortaq sərhədin açılması üçün lazımi texniki və bürokratik işlər davam edir.
Türkiyəli diplomat açıqlamasında bildirib ki, "Cənubi Qafqazda davamlı sülh və rifahın möhkəmləndirilməsi üçün tarixi fürsəti nəzərə alaraq, Türkiyə regiondakı bütün ölkələrin və xalqların rifahı naminə iqtisadi əlaqələrin inkişafına və əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verməyə davam edəcək".















.jpg)


































