İran Haaqadakı arbitraj məhkəməsində ABŞ-yə qarşı iddia qaldırıb.
"Unikal" xəbər verir ki, bu barədə "Mizan" agentliyi məlumat yayıb.
İddiada nüvə obyektlərinə qarşı hərbi təcavüz, iqtisadi sanksiyalar və güc tətbiqi təhdidi qeyd olunub.
Tehran məhkəmədən Vaşinqtonu İranın daxili işlərinə birbaşa və dolayı müdaxiləni dayandırmağa, bu cür hərəkətlərin təkrarlanmayacağına dair zəmanət verməyə və dəymiş ziyanı tam şəkildə kompensasiya etməyə məcbur etməyi xahiş edir.
Ağarza Elçinoğlu























































