Afinada Amerika qrupu "Metallica"nın konserti zamanı seysmik aktivlik qeydə alınıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bunu Afina Geodinamik İnstitutu məlumat yayıb.
Qeyd olunur ki, 9 mayda Afina şəhərətrafı Olimpiya Stadionunda baş tutan "Metallica" konsertində 80 mindən çox insan iştirak edib.
Seysmoloqlar bu kiçik təkanları tədbirdə izdihamın birgə tullanması nəticəsində yaranan "konsert zəlzələsi" adlandırıblar.























































