"Arsenal"da ciddi itki baş verib.
"Unikal" xəbər verir ki, komandanın müdafiəçisi Ben Uayt zədələnib.
O, Premyer Liqanın XXXVI turunun "Vest Hem"lə səfər matçında (1:0) xəsarət alıb.
Arxa xətt oyunçusunun sağ dizində zədə aşkarlanıb. İngiltərəli UEFA Çempionlar Liqasının mayın 30-da PSJ ilə keçiriləcək final oyununda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Arsenal" Ben Uaytı 2021-ci ilin yayında "Brayton"dan transfer edib.











.jpg)







































