ABŞ prezidenti Donald Tramp Pekinə qarşıdan gələn dövlət səfəri zamanı Çin prezidenti Si Cinpinlə ikitərəfli ticarət və iqtisadi əlaqələri müzakirə etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, o, bunu Çinə getməzdən əvvəl Ağ Evdə jurnalistlərə bildirib.

"Deyərdim ki, biz hər şeydən çox ticarət haqqında danışacağıq. Çinlə möhtəşəm münasibətlərimiz var. Biz iki supergücük. Hərbi güc baxımından dünyanın ən güclü ölkələriyik. Çin ikinci yerdədir", - deyə Amerika lideri ifadə edib. 

Qeyd edək ki, onun Çinə səfəri 13-15 may tarixlərinə planlaşdırılıb.