Hantavirus İsrailə də çatıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ölkədə ilk yoluxma halı Şərqi Avropaya səfərdən sonra qeydə alınıb. Məlumata görə, xəstə virusun Avropa ştammına yoluxub. Əvvəllər Fransa, İsveçrə və Cənubi Afrikada hantavirusa yoluxma halları qeydə alınıb.
Bu hal infeksiyanın Cənubi Amerika ştammının yayıldığı MV Hondius kruiz gəmisində baş verən epidemiya ilə əlaqəli deyil. Virusdan ən azı üç nəfər ölüb, daha doqquz nəfər xəstələnib.
Hantavirusun simptomlarına temperaturun kəskin yüksəlməsi, gözlərin ağlarının qızarması, həmçinin zəiflik, baş ağrısı, üşütmə və əzələ ağrıları daxildir. Xəstələrdə həmçinin yuxarı bədən, baş və boynun qızarması müşahidə olunur.










_1200.webp)


































.jpg)








