İran Hörmüz boğazında İranın neft tankerinə hücum edən ABŞ hərbi gəmilərini bombalayıb.

"Unikal" xəbər verir ki, bu barədə İslam Respublikasının dövlət xəbər agentliyi IRIB məlumat yayıb.

"Düşmən bölmələri İran raketləri ilə atəşə tutulub və zərər gördükdən sonra geri çəkilməyə məcbur ediliblər", - deyə açıqlamada bildirilir.

Amerika tərəfi hələlik hadisə ilə bağlı şərh verməyib.

Daha əvvəl Bəndər Abbasın əsas liman şəhəri üzərində dronların vurulduğu bildirilirdi.