Mayın 7-də Ermənistan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
O, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
"Diplomatik missiyanın rəhbərinə Aİ-nin himayəsi altında baş verən son hadisələr zamanı Kiyev nasist rejiminin lideri V. Zelenskinin Rusiyaya qarşı terror təhdidləri səsləndirməsi üçün Ermənistanda platforma təmin etməyin qəti şəkildə qəbuledilməz olduğu bildirilib. Vurğulanıb ki, Moskva bu məsələdə haqlı olaraq qəzəblənir və rəsmi İrəvanın yuxarıda adıçəkilən qonaq tərəfindən bu cür qəddar davranışa lazımi mənfi qiymət verməməsini Rusiya-Ermənistan münasibətlərinin tərəfdaşlığa əsaslanan təbiətinə zidd hesab edir. Səfir Rusiya tərəfinin təqdimatı barədə İrəvana hesabat verəcəyinə söz verib", - deyə bəyanatda bildirilir.



































.jpg)




.jpeg)



.png)

.jpg)



