Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Leypsiq şəhərində Ukraynanın Baş nazirinin müavini, icma və ərazilərin inkişafı naziri Oleksi Kuleba ilə görüşüb.

'Unikal" xəbər verir ki, o bu barədə X sosial şəbəkə hesabında yazıb.

"Görüşdə Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə beynəlxalq avtomobil daşımalarında tranzit imkanlarının artırılması və rəqəmsal həllərin tətbiqi məsələlərini müzakirə etdik", - R. Nəbiyev bildirib və əlavə edib ki, beynəlxalq avtomobil daşımalarında elektron icazə sisteminin (e-Permit) tətbiqinə dair Anlaşma Memorandumu imzalanıb:

"Bu təşəbbüs sərhəd keçidlərinin sadələşdirilməsinə, daşımaların rəqəmsallaşdırılmasına və daşıyıcılar üçün daha çevik və effektiv əməliyyat mühitinin yaradılmasına şərait yaradacaq".