Almaniya kansleri ölkəsinin iqtisadi və texnoloji baxımdan əvvəlki mövqelərini itirdiyini etiraf edib və geniş islahatlara ehtiyac olduğunu bildirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Merts dünyada böyük güclər arasında rəqabətin yeni mərhələsinin başladığını deyib.
“Qlobal iqtisadiyyatda güc amilinin yenidən ön plana çıxdığını görürük. Azad ticarətə məhdudiyyətlər, proteksionizm, tariflər və subsidiyalar uğrunda sərt yarış müşahidə olunur. İqtisadi təhlükəsizlik və rəqabət qabiliyyəti artıq bir medalın iki üzü kimidir”, – deyə kansler vurğulayıb.
Merts qeyd edib ki, Almaniya iqtisadi və texnoloji sahədə mövqelərini zəiflədib.
“İqtisadiyyatımız ən azı 2019-cu ildən bəri artım göstərmir. Eyni zamanda sənaye istehsalında da geriləmə müşahidə olunur”, – deyə o bildirib.
Kansler əlavə edib ki, ölkədə özəl investisiyalar da durğunluq mərhələsinə daxil olub.






























.jpg)




.jpeg)



.png)

.jpg)








