Avropa İttifaqı 4 iyul tarixinə qədər keçənilki ticarət çərçivəsini təsdiqləməsə, daha yüksək tarif dərəcələri ilə üzləşəcək.

"Unikal" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. O, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ilə arasında çox yaxşı telefon zənginin baş tutduğunu deyib.

"Aİ-nin sazişin öz tərəfini yerinə yetirəcəyi təqdirdə, buna uyğun olaraq tariflərin sıfıra endiriləcəyinə söz verildi. Mən ölkəmizin 250 illik yubileyinə qədər vaxt verməyə razılaşdım, əks halda təəssüf ki, tarifləri dərhal daha yüksək səviyyəyə qalxacaq.