Bu ilin yanvar-aprel aylarında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 12 milyon 181,8 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.

"Unikal" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilib.