2010-cu ildə Cənubi Afrikada keçirilən FIFA Dünya Kubokunda "Waka Waka" və 2014-cü ildəki FIFA Dünya Kubokunda "La La La" mahnıları ilə iz buraxan və turnir tarixinin ən ikonik himnlərindən birini yaradan kolumbiyalı superulduz Şakiradan xoş xəbər var.  

"Unikal" xarici mətbuata istinadən bildirir ki, Şakira ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi böyük turnir üçün "Dai Dai" adlı mahnısını təqdim edib. 

Belə ki, Şakira və nigeriyalı ulduz Burna Boyun iştirak etdiyi 2026-cı il FİFA Dünya Kubokunun rəsmi mahnısı olan "Dai Dai" 14 mayda yayımlanacaq. 

Şakira sosial media hesabında "Marakana Stadionundan, Dünya Kubokunun rəsmi mahnısı olan "Dai Dai"ni təqdim edirik. Hazırıq!", -  deyə elan edib.

Gülayə Mecid